Menyu

Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Operativ Media
Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin regionda güclü qonşuların olmasını istədiyini və öz təhlükəsizliyini digər dövlətlərin təhlükəsizliyi hesabına təmin etməyə çalışmadığını bildirib.

Operativ Media xəbər verir ki, o, bunu BMT-nin Baş Assambleyasının 81-ci sessiyasında Yüksəksəviyyəli Müzakirələrdə çıxışı zamanı deyib.

“Biz hegemonluğa can atmırıq və təhlükəsizliyimizi başqalarının təhlükəsizliyinin pozulmasında görmürük. İran güclü olmalıdır ki, təhdid edilməsin və gələcəyi təhlükə altında qalmasın”, – deyə Pezeşkian bildirib.

İran Prezidenti regional problemlərin bölgədəki dövlətlər tərəfindən həll edilməsinin vacibliyini vurğulayıb:

“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir”.

Pezeşkian əlavə edib ki, region ölkələrinin təhlükəsizliyi bir-biri ilə bağlıdır: “Heç kim təkbaşına təhlükəsiz ola bilməz. Ya təhlükəsizliyi birlikdə quracağıq, ya da birlikdə təhlükəsizlikdən məhrum şəraitdə yaşamalı olacağıq”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər