Menyu

Marko Rubio: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Operativ Media
Marko Rubio: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Rusiya və Ukrayna taxıl daşımalarına, eləcə də hər iki ölkənin enerji sektoruna hücumların dayandırılmasını nəzərdə tutan məhdud atəşkəsdə maraqlı olduqlarını bildirib.

Operativ Media xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubio Baş Assambleyanın sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bu, asan olmayacaq, lakin hər iki tərəf belə bir razılaşmada maraqlı olduğunu bildirib”, – deyə Rubio qeyd edib.

Dövlət katibi vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski də belə bir təşəbbüsü açıq şəkildə dəstəkləyib.

“Əgər bunun baş verməsində konstruktiv rol oynaya bilsək, buna açığıq. Bu, müharibəni bitirmir, lakin müəyyən bir problemi həll edir və daha geniş razılaşma üçün başlanğıc nöqtəsi və ya platforma ola bilər”, – deyə Dövlət katibi diqqətə çatdırıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər