Menyu

Koronavirusa yoluxma hallarının sayı 630 milyonu keçib

Nərmin Qocamanlı
Koronavirusa yoluxma hallarının sayı 630 milyonu keçib
1 dəq oxu

Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 630 milyonu keçib

"Operativ Media" xəbər verir ki  koronavirus pandemiyasının başlanmasından bu günədək dünyada COVID-19-a 632 672 843 yoluxma qeydə alınıb. Eyni zamanda təhlükəli infeksiyanın aşkarlandığı 6 582 222 insan koronavirusdan ölüb. Bununla yanaşı, ümumiləşmiş məlumatlara görə, pandemiya ərzində 611 453 108 insan koronavirusdan sağalıb.

Pandemiya ərzində dünyada koronavirusa ən çox yoluxma ABŞ-da (99 062 879), Hindistanda (44 641 906), Fransada (36 568 351), Almaniyada (35 172 693), Braziliyada (34 828 916) və digər ölkələrdə qeydə alınıb.

Dünyada koronavirusdan ən çox ölüm ABŞ-da qeydə alınıb – 1 092 793. Siyahıda ikinci yerdə Braziliya (687 665 ölüm), üçüncü yerdə Hindistan (528 957), dördüncü sırada Rusiya (389 449) qərarlaşıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər