Menyu

Qırğızıstan, Qazaxıstan və Özbəkistan Kambar-Ata SES-1 üzrə danışıqlar aparıb

Şəfa Hüseynli
Qırğızıstan, Qazaxıstan və Özbəkistan Kambar-Ata SES-1 üzrə danışıqlar aparıb

Qırğızıstan, Qazaxıstan və Özbəkistan arasında Kambar-Ata SES-1 layihəsinin birgə həyata keçirilməsinə dair hökumətlərarası saziş layihəsi üzrə üçtərəfli danışıqların üçüncü raundu 21-23 sentyabr tarixlərində Almatıda keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb.

Danışıqlarda üç ölkənin dövlət qurumlarının - xarici işlər, enerji, maliyyə, su ehtiyatları və digər müvafiq sektorları əhatə edən nümayəndələri iştirak edib. 

Almatıda keçirilən danışıqların üçüncü raundu zamanı tərəflər layihənin birgə həyata keçirilməsi və idarə olunması mexanizmlərini, maliyyələşdirmə yanaşmalarını və üç ölkə arasında sonrakı koordinasiyanı müəyyən edən hökumətlərarası saziş layihəsini müzakirə ediblər.

Kambar-Ata SES-1 stansiyasının1860 MVt gücə və orta illik elektrik enerjisi istehsalı təxminən 6 milyard kVt/saat təşkil edəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər