Menyu

Azərbaycan ilə Sent-Vinsent və Qrenadinlər arasında siyasi məsləhətləşmələr keçiriləcək

Nərmin Qocamanlı
Azərbaycan ilə Sent-Vinsent və Qrenadinlər arasında siyasi məsləhətləşmələr keçiriləcək

Nazir Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Vinsent və Qrenadinlərin xarici işlər, xarici ticarət, xarici investisiyalar və diaspor məsələləri naziri Duayt Fitscerald Brembl ilə görüşüb.

XİN-dən Operativ Media-ya verilən məlumata görə, tərəflər iki ölkə arasında münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini müzakirə edərək, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı təmasların və səfərlərin artırılmasının, eləcə də ikitərəfli əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxfərəfli əməkdaşlığın və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin əhəmiyyəti yenidən təsdiqlənib.

Məhsuldar müzakirələrin davamı olaraq, tərəflər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sent-Vinsent və Qrenadinlərin Xarici İşlər, Xarici Ticarət, Xarici İnvestisiyalar və Diaspor Məsələləri Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Protokol" imzalayıblar.

Mühüm əhəmiyyət kəsb edən bu protokol institusional əlaqələri əhəmiyyətli dərəcədə gücləndirəcək, müntəzəm diplomatik təmasları təşviq edəcək və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı irəliyə aparacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər