Nyu-Yorkda Azərbaycan və Albaniya xarici işlər nazirlərinin görüşü olub
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxha ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" sosial media hesabında paylaşım edilib.
Məlumata görə, tərəflər ikitərəfli gündəliyi müzakirə edərək, davamlı siyasi dialoqun, yüksək səviyyəli təmasların və beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov mühüm enerji və nəqliyyat-birləşdiricilik layihələri vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələri diqqətə çatdırıb.
O, həmçinin həmkarını münaqişədən sonrakı regional reallıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Ermənistanla davam edən sülh səyləri barədə məlumatlandırıb.
dəqiqələr içində saytın olsun.