Menyu

Qazaxıstanda matəm elan edilib

Operativ Media
Qazaxıstanda matəm elan edilib

Qazaxıstanda Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərlə əlaqədar sentyabrın 25-i ümummilli matəm günü elan edilib.

Operativ Media xəbər verir ki, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Qərar Xəzər dənizi sahilində təlim-döyüş tapşırığını yerinə yetirərkən hərbi qulluqçuların həlak olması ilə əlaqədar qəbul olunub.

Qeyd edək ki, bu gün Manqistau vilayətində təlimlər zamanı havanın kəskin pisləşməsi səbəbindən 19 hərbi qulluqçunu dənizdə axın aparıb. 

Qazaxıstan Müdafiə Nazirliyinin ilkin məlumatına görə, 9 hərbi qulluqçu həlak olub, üç nəfər xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb. Komissiyaya hərbi qulluqçuların həlak olmasının səbəblərini hərtərəfli araşdırmaq və həlak olanların ailələrinə yardım göstərmək tapşırılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər