Menyu

BƏƏ İrana uçuşları dayandırıb

Operativ Media
BƏƏ İrana uçuşları dayandırıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran aviaşirkətlərinin ölkəyə və ölkədən uçuşlarını müvəqqəti olaraq dayandırıb.

Operativ Media xəbər verir ki, bu barədə  BƏƏ-nin Mülki Aviasiya İdarəsi rəsmi məlumat yayıb.

Məhdudiyyətlərin xüsusi sərəncama qədər qüvvədə olacağı, aviaəlaqənin bərpa edilməsi barədə məlumatların isə yeniliklər daxil olduqca yayımlanacağı bildirilib.

Gecə yarısından etibarən İran aviaşirkətlərinin BƏƏ-yə bütün reysləri ləğv edilib.

Qeyd olunur ki,  sərnişinlərin bilet aldığı “Iran Airtour” şirkətinin Tehran-Dubay reysi də uçuşa az qalmış təxirə salınıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər