CNN və MS NOW telekanallarına yenidən Ağ Evə giriş icazəsi verilib
ABŞ-də məhkəmə qərarından sonra CNN və MS NOW telekanallarına yenidən Ağ Evə giriş icazəsi verilib.
Operativ Media xəbər verir ki, Politico ilə bağlı vəziyyət isə ilkin olaraq dəqiqləşdirilməyib.
Bu barədə sözügedən üç media qurumu məlumat yayıb.
Bundan əvvəl akkreditasiya vəsiqələrinin qaytarılmasını tələb edən məhkəmə qərarına baxmayaraq, səhər saatlarında onların hələ də Ağ Evə girişinə icazə verilməmişdi.
ABŞ Prezidenti Donald Trampın sentyabrın 18-də verdiyi qərarına qarşı həmin media qurumlarının müraciəti əsasında işə baxan federal hakim jurnalistlərin hüquqlarına riayət olunmadığını, sözügedən sanksiyanın onlara əvvəlcədən xəbərdarlıq edilmədən tətbiq olunduğunu bildirmişdi.
Hakim Timoti Kelli hökumətdən tələb edib ki, başqa göstəriş verilənədək və ya iki həftə müddətinə qüvvədə olan məhkəmə qərarının müddəti başa çatana qədər jurnalistlərin “akkreditasiya vəsiqələri” dərhal geri qaytarılsın.
Üç media qurumunun vəkili Teodor Butrus məhkəmə qərarını alqışlayaraq bunu “mətbuat azadlığını, lazımi hüquqi prosedur hüququnu və qanunun aliliyini bir daha təsdiqləyən mühüm qərar” adlandırıb.
dəqiqələr içində saytın olsun.