Menyu

Şarl Mişel: Azərbaycan Aİ üçün mühüm rol oynayır

Operativ Media
Şarl Mişel: Azərbaycan Aİ üçün mühüm rol oynayır

Azərbaycan Avropa İttifaqı üçün, xüsusilə enerji sahəsində mühüm rol oynayır.

Operativ Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib. 

O bildirib ki, Aİ-nin həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlığı inkişaf etdirmək üçün çoxsaylı səbəbləri var.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişi müsbət gündəliyin inkişaf etdirilməsi üçün daha geniş imkanlar yaradır.

“Azərbaycan xüsusilə enerji sahəsində mühüm rol oynayır və bu, Avropa İttifaqının bir sıra ölkələri üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, investisiyalar, nəqliyyat və rəqəmsal bağlantılar sahəsində böyük imkanlar mövcuddur”, – deyə Şarl Mişel vurğulayıb.

O qeyd edib ki, bu istiqamətlər gələcəkdə güclü iqtisadi bazanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər