Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb
Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib.
Operativ Media xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib.
Bərənin göyərtəsində 29 nəfər - 28 ekipaj üzvü və bir sərnişin olub. Sahil mühafizəsinin məlumatına görə, insanlar təxliyə edilməyib, eyni zamanda göyərtədə olanlardan heç kəs xəsarət almayıb.
Bərənin sahib olan Blue Star Ferries şirkətinin nümayəndəsi də xəsarət alanların olmadığını təsdiqləyib. Onun sözlərinə görə, ekipaj yanğının söndürülməsi üçün tədbirlər görür.
Yerli medianın dərc etdiyi təsdiqlənməmiş görüntülərdə açıq dənizdə olan gəminin üzərindən qalxan tüstü sütunu görünür.
Yanğının səbəbi hələlik məlum deyil.
dəqiqələr içində saytın olsun.