Menyu

Elnur Məmmədov: Azərbaycan Ermənistanla bağlı bütün tranzit məhdudiyyətləri aradan qaldırıb

Nərmin Qocamanlı
Elnur Məmmədov: Azərbaycan Ermənistanla bağlı bütün tranzit məhdudiyyətləri aradan qaldırıb

Azərbaycan Ermənistanla bağlı bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb və son bir il ərzində Ermənistana 60 min tondan çox yük daşınıb.

Operativ Media xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panel sessiyasında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə birgə bəyannamə imzalayıb, iki ölkənin xarici işlər nazirləri isə sülh sazişinin ilkin razılaşdırılmış mətnini imzalayıblar.

Onun sözlərinə görə, bundan sonra Azərbaycan Ermənistanla bağlı bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb.

“Bir il ərzində Azərbaycandan Ermənistana 60 min tondan çox yük daşınıb. Azərbaycan, həmçinin Ermənistana 20 min tondan çox neft məhsulları tədarük edib”, - deyə E.Məmmədov bildirib.

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan ikitərəfli sülh istiqamətində fəaliyyətlərini davam etdirirlər. O, həmçinin iki ölkənin telekommunikasiya operatorlarının internetlə bağlı saziş imzaladığını və bunun etibarlılığın artırılmasına, eləcə də infrastrukturun inkişafına dəstək verəcəyini bildirib.

E.Məmmədov Zəngəzur dəhlizinin inkişafında da əhəmiyyətli irəliləyiş əldə edildiyini vurğulayıb.

Onun sözlərinə görə, magistral yolun 95 faizi, dəmir yolunun isə 75 faizi artıq tikilib. Qalan işlərin gələn ilin üçüncü rübündə tamamlanması gözlənilir.

Hazırda TRIPP İnkişaf Şirkətinin yaradılması istiqamətində iş aparıldığını bildirən nazir müavini Ermənistanda mühəndislik işlərinə başlanıldığını qeyd edib. O əlavə edib ki, marşrutun Ermənistan ərazisindən keçən təxminən 42 kilometrlik hissəsinin tikintisinə gələn ilin əvvəlində başlanılması planlaşdırılır.

E.Məmmədovun sözlərinə görə, layihə Azərbaycanın əsas hissəsini Ermənistan üzərindən Naxçıvanla birləşdirməklə yanaşı, regionu Trans-Xəzər şəbəkəsi ilə daha sıx əlaqələndirmək potensialına malikdir.

O bildirib ki, marşrut yüklərin daşınma müddətinin hazırkı üç həftədən 12–15 günə qədər azaldılmasında mühüm rol oynaya bilər. Layihənin enerji sisteminin əlavə komponentinə çevrilməsi, enerji mənbələrinin şaxələndirilməsi və Cənubi Qafqazda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verəcəyi gözlənilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər