Menyu

Əli Əsədov İrakli Kobxidzeni təbrik edib

Operativ Media
Əli Əsədov İrakli Kobxidzeni təbrik edib

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobxidzeni doğum günü münasibətilə təbrik edib.

Operativ Media  xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

"Hörmətli cənab Baş nazir,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan və Gürcüstanı əsrlər boyu mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan möhkəm münasibətlər birləşdirir.

Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişdir. Fəal siyasi dialoqumuz iqtisadi-ticari, enerji, nəqliyyat, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı zəmin yaratmışdır.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-Gürcüstan ənənəvi dostluğu və strateji tərəfdaşlığı bundan sonra da dərinləşməyə və möhkəmlənməyə davam edəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir, yeni yaşınızda Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram."

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər