Menyu

İran ABŞ-yə müharibəni bitirmək üçün 7 günlük plan təklif edib

Nicat Hüseynli
İran ABŞ-yə müharibəni bitirmək üçün 7 günlük plan təklif edib

İran ABŞ-yə hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazının açılması və nüvə danışıqlarının bərpasını nəzərdə tutan 7 günlük plan təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçı planın vasitəçilər üzərindən Vaşinqtona çatdırıldığını bildirib. Onun sözlərinə görə, müəyyən şərtlər yerinə yetirilərsə, Hörmüz boğazı yeddinci günün sonunda açılacaq və nüvə danışıqları bərpa olunacaq.

Əraqçı təklifin iyunda əldə olunan, lakin sonradan pozulan anlaşmaya bənzədiyini deyib. ABŞ rəsmisi isə Vaşinqtonun vasitəçilər üzərindən müsbət və konstruktiv təmaslar apardığını, lakin razılaşmaya tələsmədiyini bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər