Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sloveniyanın xarici və Avropa işləri naziri Tone Kajzer ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ceyhun Bayramov həmkarını vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Nazirlər 2026-cı ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu nəzərə alaraq, ikitərəfli gündəliyi nəzərdən keçiriblər. Bu çərçivədə siyasi dialoqun intensivləşdirilməsinin və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə enerji və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi məsələsi diqqət mərkəzində olub. Azərbaycan təbii qazının Sloveniya bazarına tədarükü müsbət qiymətləndirilib, həmçinin Orta Dəhliz boyunca strateji bağlantı üzrə tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları müzakirə olunub.
Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma gündəliyinin hazırkı vəziyyəti və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri barədə də məlumat verib.
dəqiqələr içində saytın olsun.