Menyu

Ceyhun Bayramov Prak Sokhon ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov Prak Sokhon ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kamboca Krallığının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhon ilə görüşüb.

Operativ Media xəbər verir ki, görüşdə Azərbaycan-Kamboca ikitərəfli münasibətlərinin inkişafı müzakirə olunub.

Nazirlər yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsinin, parlamentlərarası əlaqələrin gücləndirilməsinin, eləcə də beynəlxalq platformalarda, xüsusilə Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransı (CICA) və ASEAN çərçivəsində qarşılıqlı dəstəyin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Prak Sokhon Azərbaycanın qarşıdan gələn CICA Sammitinə ev sahibliyi etməsinə görə təşəkkürünü bildirib və tədbirin təşkilinə uğurlar arzulayıb.

Görüşdə minalardan təmizləmə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Nazirlər, həmçinin regional və beynəlxalq gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparıb, davamlı koordinasiya və dialoqun vacibliyini qeyd ediblər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər