Menyu

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizlik və sülh prosesini müzakirə edib

Operativ Media
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizlik və sülh prosesini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Tərəflər ATƏT-in gündəliyi ilə bağlı məsələləri, Azərbaycan–ATƏT əməkdaşlığını, mövcud Avropa təhlükəsizlik arxitekturasını və Cənubi Qafqazda regional sülh dinamikasını müzakirə ediblər.

C.Bayramov Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyiş barədə məlumat verərək vurğulayıb ki, ATƏT-in Minsk Prosesinin və onunla əlaqəli strukturların rəsmi şəkildə bağlanması münaqişədən sonrakı gündəliyin yekunlaşdırılması və institusional çərçivələrin regionun reallıqları ilə uyğunlaşdırılması baxımından mühüm addımdır.

Tərəflər həmçinin beynəlxalq təhlükəsizlik sahəsində əsas inkişaflarla bağlı fikir mübadiləsi aparıblar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər