Menyu

ÜST: Yeni pandemiya ola bilər

Operativ Media
ÜST: Yeni pandemiya ola bilər

Yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər.

Operativ Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Gecələr məni yuxudan oyadan narahatlıqlardan biri yeni tənəffüs patogenin ortaya çıxma ehtimalıdır. Bu isə COVID-in yaratdığı nəticələrə bənzər fəsadlara səbəb ola bilər", - o deyib.

Qebreyesus vurğulayıb ki, yeni pandemiya qaçılmazdır və bu, zaman məsələsidir: "Növbəti pandemiya "əgər" yox, "nə vaxt" məsələsidir".

ÜST rəhbəri həmçinin qeyd edib ki, Konqo Demokratik Respublikasında Ebolanın davam edən yayılması epidemiyanın istənilən yerdə və istənilən vaxt başlaya biləcəyini, həmçinin təkcə yerli icmalar üçün deyil, qonşu ölkələr və bütün dünya üçün təhlükə yarada biləcəyini xatırladır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər