Menyu

Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanda yeni investisiya coğrafiyası formalaşdırır

Operativ Media
Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanda yeni investisiya coğrafiyası formalaşdırır

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən şəhərsalma və infrastruktur layihələri Azərbaycanda yeni investisiya coğrafiyasının formalaşmasına imkan yaradır.

Operativ Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq prosesi yalnız miqyası ilə deyil, kompleks yanaşması ilə də fərqlənir.

“Burada şəhərsalma nəqliyyat, iqtisadi fəaliyyət, ətraf mühitin idarə edilməsi, enerji sistemi, sosial infrastruktur və demoqrafik inkişafla paralel şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yeni yolların, dəmir yollarının və hava limanlarının inşası bu bölgənin ölkənin digər əraziləri ilə əlaqəsini gücləndirir. Regionun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi bərpaolunan enerji ilə yanaşı, logistika, sənaye və yeni şəhər məkanlarının yaradılması üçün də imkanlar açır”, - deyə Komitə sədri vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması icmalar və iqtisadi bazarlar arasında əlaqələri gücləndirməklə Azərbaycanın regional iqtisadi və nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər