İraq İran uçuşları üçün ABŞ ilə danışıqlar aparır
Nicat Hüseynli
İraq hökuməti bəzi hava limanlarının İran aviaşirkətlərinə tətbiq olunan məhdudiyyətlərdən azad edilməsi üçün ABŞ ilə danışıqlar aparır.
Operativ Media xəbər verir ki, bu barədə İraq Baş naziri Əli əl-Zeydinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, güzəşt humanitar, təhsil, dini ziyarət və tibbi müalicə məqsədli uçuşların bərpasına imkan verə bilər.
Qeyd edək ki, ABŞ-nin İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlərə qarşı yeni aviasiya sanksiyaları elan etməsindən sonra İraqın dörd hava limanı İrana və İrandan uçuşları dayandırıb.
İraq hökuməti tərəfləri regional böhranın dialoq və danışıqlar yolu ilə həlli üçün səyləri artırmağa çağırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net