Konqoda təyyarə qəzasında 17 nəfər həlak olub
Nicat Hüseynli
Konqo Demokratik Respublikasının qərbində baş verən təyyarə qəzasında 13 sərnişin və 4 heyət üzvü olmaqla 17 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının (KDR) Nəqliyyat Nazirliyi məlumat yayıb.
Hadisə Kvanqo əyalətinin Kenge şəhəri yaxınlığında “TRACEP Congo Aviation” şirkətinə məxsus “Let L-410 UVP Turbolet” tipli təyyarənin qəzaya uğraması nəticəsində baş verib.
"Qəzanın səbəbləri araşdırılır. İstintaq başa çatana qədər “TRACEP Congo Aviation” şirkətinin hava operatoru sertifikatı dayandırılıb və təyyarələrinin uçuşları ölkə üzrə dondurulub" - məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net