SEPAH ABŞ-nin sualtı kəşfiyyat vasitəsini ələ keçirib
Operativ Media
İranın İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında ABŞ-nin özühərəkət edən sualtı vasitəsini ələ keçirdiyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Tutulan vasitənin ABŞ tərəfindən bölgədə kəşfiyyat üçün istifadə edildiyi iddia olunur.
İran ordusu ələ keçirilən dərin dəniz pilotsuz aparatını müasir ağıllı sualtı platformalar sinfi olan "Remus 600" kimi müəyyən edib. Hadisə ilə bağlı şərh verən SEPAH Hərbi Dəniz Qüvvələri İranın Hörmüzdə "icazəsiz marşrutlar boyunca" istənilən hərəkətin və əməliyyatın qarşısını almağa davam etməkdə qərarlı olduğunu vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net