İsrail Niderland diplomatlarının Ramalladakı diplomatik statusunu ləğv edib
İsrail Ramallada fəaliyyət göstərən Niderland diplomatik nümayəndələrinin diplomatik statusunu ləğv edib.
Operativ Media xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar məlumat verib.
Saar bildirib ki, Niderlandın İsraildəki səfirliyinə Ramallada çalışan diplomatların İsrail tərəfindən verilmiş diplomatik sənədləri yeddi gün ərzində təhvil verməli olduqları barədə məlumat verilib. Bu müddət başa çatdıqdan sonra həmin diplomatların İsrail tərəfindən verilən diplomatik imtiyaz və immunitetləri qüvvədən düşəcək.
Nazirin sözlərinə görə, Niderland Fələstin tərəfi ilə münasibətlərdə maraqlarını təmsil etmək istəyirsə, bunu İsrail ərazisindən deyil, Fələstin Milli Administrasiyasının ərazisindən həyata keçirə bilər.
Saar İsrailə qarşı birtərəfli addımlar atan ölkələrin regiondakı təsirinin azalacağını da bildirib.
dəqiqələr içində saytın olsun.