Menyu

Aİ Ukrayna üçün hərbi təlim missiyasının mandatını 2028-ci ilədək uzadıb

Nicat Hüseynli
Aİ Ukrayna üçün hərbi təlim missiyasının mandatını 2028-ci ilədək uzadıb

Avropa İttifaqı Ukrayna üçün hərbi təlim missiyasının (EUMAM UA) mandatını 2028-ci ilin noyabrınadək uzadıb.

Operativ Media xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaja Kallas birliyin müdafiə nazirlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Aİ diplomatiyasının rəhbəri Kaja Kallas missiyanın fəaliyyət təcrübəsinin öyrənilməsi və Ukraynadakı döyüş təcrübəsindən yeni əsgərlərin hazırlanmasında istifadə olunması üçün Kiyevdə koordinasiya mərkəzinin yaradılacağını bildirib.

Aİ həmçinin əsgər hazırlığını sürətləndirmək üçün Ukraynadakı iki təlim mərkəzini bərpa etməyi planlaşdırır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər