Menyu

Aİ müdafiə nazirləri Ukraynaya “Patriot” raketlərinin göndərilməsinə razılıq əldə edə bilməyiblər

Nicat Hüseynli
Aİ müdafiə nazirləri Ukraynaya “Patriot” raketlərinin göndərilməsinə razılıq əldə edə bilməyiblər

Aİ müdafiə nazirləri üzv ölkələrin ehtiyatlarındakı “Patriot” raketlərinin Ukraynaya göndərilməsi təklifi üzrə razılığa gələ bilməyiblər.

Operativ Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas keçirilən iclasdan sonra mətbuat konfransında bildirib.

Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, raketlərin sonradan əvəzlənməsi şərti ilə tədarük məsələsi müzakirə olunub, lakin yeni qərar qəbul edilməyib.

Kallas qeyd edib ki, Ukraynanın raketlərə təcili ehtiyacı var, yeni “Patriot” sistemlərinin istehsalı isə vaxt tələb edir. Məsələnin müzakirəsinin davam etdirilməsi barədə razılığa gəlinib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər