İran Britaniyadakı aviabaza yaxınlığındakı insidentlə bağlı ittihamları rədd edib
Nicat Hüseynli
İranın Böyük Britaniyadakı səfirliyi “Fairford” aviabazası yaxınlığında baş verən insidentdə Tehranın iştirakı ilə bağlı iddiaları qətiyyətlə rədd edib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Səfirlik bu iddiaların əsassız olduğunu və Britaniyada anti-İran təbliğatını gücləndirmək məqsədi daşıdığını bildirib. Diplomatik nümayəndəlik hüquqi addımların atılmasını istisna etməyib.
Sentyabrın 27-də aviabaza yaxınlığında 5 Britaniya vətəndaşı saxlanılıb. Onlar partlayıcı maddələr və terrorizmlə bağlı qanunları pozmaqda şübhəli bilinirlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net