Ərdoğan: “Millətin haqqına əl uzadan qarşısında dövləti görəcək”
“İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna, malına və mülkünə əl uzadırsa, qarşısında bizi, dövləti görəcək”.
Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.
Ərdoğan bildirib ki, heç kim onu milyardlarla lirəlik korrupsiya hallarını müdafiə edənlərlə müqayisə etməməlidir.
“Bizim qırmızı xəttimiz əziz millətimizdir. Söhbət millətimizdən gedəndə mövqeyimiz bəllidir. Biz nə haqq yeyərik, nə də vətəndaşın haqqının tapdalanmasına göz yumarıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
O əlavə edib ki, 86 milyon insanın iqtisadi təhlükəsizliyi, rifahı və inkişafı ilə bağlı məsələlərdə tərəddüd göstərməyəcəklər.
dəqiqələr içində saytın olsun.