İtaliya qoşunları İraqdan tam olaraq çıxarılıb
Operativ Media
1 dəq oxu
İtaliya hərbi kontingentinin İraqdan çıxarılmasını tam başa çatdırıb.
Operativ Media xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib.
Onun sözlərinə görə, axtarış-xilasetmə işlərində və maddi-texniki təminatın daşınmasında iştirak edən sonuncu italiyalı hərbçilərin sentyabrın 30-da geri qayıtması ilə İtaliya Silahlı Qüvvələrinin İraqdakı iştirakı başa çatır.
Nazir bildirib ki, bu, İtaliyanın birtərəfli qərarı deyil, Bağdad və tərəfdaş ölkələrlə razılaşdırılmış yeni mərhələnin tərkib hissəsidir. İraq təhlükəsizlik qüvvələri ölkənin təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşıyacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu