Menyu

Qırğızıstan Azərbaycan şirkətləri ilə “ağıllı şəhər” və kibertəhlükəsizlik layihələrini müzakirə edib

Şəfa Hüseynli
Qırğızıstan Azərbaycan şirkətləri ilə “ağıllı şəhər” və kibertəhlükəsizlik layihələrini müzakirə edib
1 dəq oxu

Milli İnvestisiya Agentliyi (MİA) Qırğızıstanda ağıllı şəhər texnologiyalarının və kibertəhlükəsizlik həllərinin tətbiqini Azərbaycan şirkətləri olan "Elon Smart Technology" və "MegaSec MMC" ilə müzakirə edib.

Operativ Media xəbər verir ki, danışıqlar MİA rəhbərinin müavini Dəmirbek Bikulovun Bakıya səfəri çərçivəsində baş tutub.

“Elon Smart Technology” şirkətinin regional ofisinin rəhbəri Vüqar Salahlı ilə görüşdə Qırğızıstan tərəfinə şəhər infrastrukturu üçün həllər təqdim edilib.

Sözügedən həllərə ağıllı video nəzarət sistemləri, svetofor və yol hərəkətinin idarə edilməsi, avtomatlaşdırılmış dayanacaq sistemləri, hava keyfiyyətinin monitorinqi, ağıllı işıqlandırma, ictimai ünvan sistemləri daxildir.

Tərəflər bu texnologiyaların Qırğızıstanda tətbiqi imkanlarını, investisiya və texnoloji əməkdaşlığı, eləcə də rəqəmsallaşdırma sahəsində birgə layihələri müzakirə ediblər. Bikulov "MegaSec MMC" şirkətinin nümayəndələri ilə ayrıca danışıqlar aparıb. Şirkət kibertəhlükəsizlik və informasiya sistemlərinin qorunması sahəsində, o cümlədən dövlət sektoru üçün həllər təqdim edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər