Menyu

Zahid Oruc: “Serj Sarkisyan və Robert Koçaryan BMT-də çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?”

Xəbərlər redaksiyası
Zahid Oruc: “Serj Sarkisyan və Robert Koçaryan BMT-də çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?”
2 dəq oxu

Serj Sarkisyan və Robert Koçaryan BMT-də çıxış edərkən Xocalı qətliamına görə neçə müsəlman lideri və aparıcı Qərb dövlət təmsilçisi Nyu-Yorkun baş binasını tərk edib?

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq təhlükəsizlik sisteminin böhran keçirdiyini göstərib.

Zahid Oruc qeyd edib ki, Azərbaycan müstəqillik qazandığı zaman beynəlxalq qurumlardan gözləntiləri böyük olub. Onun sözlərinə görə, 1994-cü il sentyabrın 29-da milli lider Heydər Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın məruz qaldığı işğalın beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyıb.

Komitə sədri bildirib ki, Türkiyənin bəzi media platformalarında Azərbaycanın hədəfə alınması iki dövlətin münasibətlərinə zərər vurmağa yönəlmiş sistemli kampaniyanın tərkib hissəsidir.

O, Azərbaycanın Fələstin məsələsində iki dövlətli həll variantını, daimi atəşkəsi və humanitar yardımları dəstəklədiyini vurğulayıb.

“On illər boyu fələstinlilərin hüquqlarını sümürən və onu geosiyasi maraqları üçün alətə çevirən mərkəzlər ölkəmizin 30 illik işğalına qarşı hansı etiraz və yardım siyasətini həyata keçiriblər?” – deyə Zahid Oruc sual edib.

Deputat qeyd edib ki, müharibə qurbanlarına dəstək yalnız bəyanat, qətnamə qəbulu və plenar zalı tərk etməklə ölçülməməlidir.

“Həmrəylik təkcə salondan çıxmaqla ölçülmür, dağıdılmış şəhərləri, məktəbləri, xəstəxanaları və insanların həyatını yenidən qurmaqla sübut olunur”, - deyə o bildirib.

Zahid Oruc Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini özü təmin etdiyini, hazırda isə Qafqazda sülh erasının başladığını deyib.

“81-ci sessiyada mühakimə edilməli ölkə biz deyilik, icrasız qətnamələr və otuz illik münaqişəni həll etməyən beynəlxalq təşkilatlardır. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini özü təmin edib və indi Qafqazda çoxəsrlik düşmənçiliyə son qoyaraq sülh erasını başladır”, - deyə komitə sədri qeyd edib.

O, BMT-nin müvafiq institutları ilə birlikdə Milli Məclisin payız sessiyasında qlobal dünya nizamı və Azərbaycanın Zəfərinə həsr olunan tədbirlərin keçirilməsini təklif edib.

Zahid Oruc, həmçinin Ermənistanla münasibətlərin normallaşmasından sonra gömrük, tranzit, sərhəd ticarəti və digər sahələrdə yeni hüquqi münasibətlərin formalaşdırılmasının vacibliyini vurğulayıb.

“Sabah sərhədlər açılarsa, hansı gömrük rejimi işləyəcək, tranzit yüklərin hüquqi və sığorta təminatı necə olacaq, yeni mərhələdə enerji xətlərinin, dəmir yollarının, rəqəmsal kommunikasiya şəbəkələrinin və beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyi ön plana çıxır”, - deyə Zahid Oruc bildirib.

O, parlamentin payız sessiyasında Cənubi Qafqazda sülh və inteqrasiya mövzusunda ardıcıl tədbirlərin keçirilməsini təklif edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər