Menyu

Azərbaycan və Gürcüstanın ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Şəfa Hüseynli
Azərbaycan və Gürcüstanın ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb
1 dəq oxu

Azərbaycanda səfərdə olan Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.

Bu barədə Operativ Media-ya Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin məhkəmə sahəsində əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib. Qarşılıqlı səfərlərin və davamlı dialoqun təcrübə mübadiləsinə, eləcə də əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb.

Görüşdə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması sahəsində fəaliyyəti diqqətə çatdırılıb.

Müzakirələr zamanı məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqi və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.

Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkənin ali məhkəmələri arasında əlaqələrin inkişafına önəm verildiyini və qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu vurğulayıb.

Görüşün sonunda Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Gürcüstan Ali Məhkəməsi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum məhkəmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqinə, hakimlərin və məhkəmə əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılmasına, habelə iki ölkənin ali məhkəmələri arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər