Menyu

Fransa şəkərli qidalara vergi tətbiq edəcək

Operativ Media
Fransa şəkərli qidalara vergi tətbiq edəcək
1 dəq oxu

Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir.

Operativ Media xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub.

Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağlı qanunvericilik işləri davam edərkən, şəkərli qidalara yeni vergi tətbiq edilməsinin müzakirə olunan mövzular arasında olduğu bildirilib.

Papin diabet və piylənmənin fransızlar arasında ciddi sağlamlıq problemlərinə çevrildiyini qeyd edib və xüsusilə azyaşlı uşaqlar arasında həddindən artıq şəkər istehlakına diqqət çəkib.

O bildirib ki, sağlamlıq problemi ilə mübarizənin bir hissəsi olaraq, 2027-ci il büdcəsində şəkər tərkibi müəyyən səviyyədən yuxarı olan emal olunmuş qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir.

Hökumətin sabah 2027-ci il büdcə layihəsini Milli Məclisə təqdim etməsi gözlənilir.

Dövlət borcu ilə mübarizə aparan Fransada büdcə danışıqları hökumətlə müxalifət arasında əsas fikir ayrılıqlarından biridir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər