Menyu

Rusiya NATO-ya xəbərdarlıq edib

Operativ Media
Rusiya NATO-ya xəbərdarlıq edib
1 dəq oxu

Rusiya Kalininqrad vilayətinin ölkənin qalan hissəsindən təcrid edilməsinə cəhd göstəriləcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəyi barədə NATO-ya xəbərdarlıq edib.

Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir. 

Sənəddə Moskva NATO-nu birbaşa silahlı münaqişə riskini artırmaqda ittiham edib. Rusiya mümkün qarşıdurmanın başlanğıcından NATO-ya üzv ölkələrdəki “qərar qəbuletmə mərkəzlərinə” zərbələrin də istisna olunmadığını bildirib.

Moskva bəyan edib ki, NATO ölkələri Kalininqrad vilayətini Rusiyanın digər ərazilərindən təcrid etməyə cəhd göstərərsə, öz ərazisini müdafiə etmək üçün nüvə silahı da daxil olmaqla, sərəncamındakı bütün qüvvə və vasitələrdən istifadə etməyə hazır olacaq.

Reuters-in məlumatına görə, sözügedən sənəd diplomatik terminologiyada qeyri-rəsmi sənəd sayılan “non-paper” kimi təqdim olunub.

NATO isə cavabında alyansın müdafiə xarakteri daşıdığını və həyata keçirdiyi təlimlərin Rusiya ərazisi üçün təhlükə yaratmadığını bildirib. NATO-nun baş katibi Mark Rütte də Rusiyanı nüvə təhdidlərindən çəkinməyə çağırıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər