İsrail XİN: “Flydubai” təyyarəsindəki insident terror aktına cəhddir
İsrail Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən insidenti israilliləri, Birləşmiş Ərəb Əmirliklərini və İbrahim sazişlərini hədəf alan cihadçı terror aktına cəhd kimi qiymətləndirir.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Qeyd edilib ki, pilotun sərnişinlərin olduğu təyyarəni qəzaya uğratmaq niyyətində olduğu güman edilir:
“Terror İsrail ilə BƏƏ arasındakı əlaqələri və regionda əldə olunan irəliləyişi zəiflətməyəcək. Hadisə zamanı israilli sərnişinlər pilot kabinəsinə daxil olaraq onu zərərsizləşdirib və təyyarənin idarəetməsinin bərpa olunmasına kömək ediblər”.
Bildirilib ki, onların operativ müdaxiləsi mümkün fəlakətin qarşısını alıb və təyyarədə olan insanların həyatını xilas edib.
Məlumatda BƏƏ vətəndaşı olan ikinci pilotun və digər ekipaj üzvlərinin də hadisə zamanı peşəkarlıq nümayiş etdirdiyi qeyd olunub:
“Bu, yalnız israilli sərnişinlərə qarşı ehtimal olunan hücum deyil. Bu, İsrail ilə BƏƏ arasındakı münasibətlərə və İbrahim sazişlərinin təmsil etdiyi baxışa qarşı hücum idi. Terror İsrail və BƏƏ arasındakı əlaqələri qıra bilməyəcək. Sülhü və normallaşmanı məhv etmək istəyənlər regionumuzun gələcəyini müəyyən edə bilməzlər”.
dəqiqələr içində saytın olsun.