Menyu

Trampın dövründə ABŞ 250 min vizanı ləğv edib

Operativ Media
Trampın dövründə ABŞ 250 min vizanı ləğv edib
1 dəq oxu

ABŞ Dövlət Departamenti Prezident Donald Trampın 2025-ci ildə vəzifəyə başlamasından sonra 250 mindən çox vizanı ləğv edib.

Operativ Media xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott “Fox News” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Trampın prezidentliyi və Marko Rubionun dövlət katibi olduğu dövrdə vizaların ləğvi üzrə göstərici 250 mini keçib.

Piqott qeyd edib ki, ABŞ hakimiyyətinin viza verilməsi ilə bağlı hər bir qərarı ölkənin milli təhlükəsizliyi ilə əlaqəlidir. Onun iddiasına görə, davamlı yoxlamalar nəticəsində ABŞ hakimiyyəti cinayət törədən, terrorçuluğu dəstəkləyən və ya ölkənin immiqrasiya sistemindən sui-istifadə edən şəxsləri əvvəlkindən daha geniş miqyasda müəyyənləşdirir.

“ABŞ vizası hüquq deyil, imtiyazdır. Bu imtiyazın şərtlərini pozduğunuz halda onu itirəcəksiniz”, - deyə Piqott bildirib.

Sentyabrın 28-də ABŞ Dövlət Departamenti Boliviya, Kolumbiya, Ekvador və Perunun korrupsiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dəstəkdə şübhəli bilinən bəzi vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər