Menyu

Xələf Xələfov: İnformasiya mühiti regional təhlükəsizlik üçün vacibdir

Operativ Media
Xələf Xələfov: İnformasiya mühiti regional təhlükəsizlik üçün vacibdir
1 dəq oxu

Müasir dünyada informasiya mühiti regional təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm rol oynayır.

Operativ Media xəbər verir ki, bunu Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “CICA Media Forum”da Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, informasiyanın mübarizə və təcavüzkar siyasət alətinə çevrildiyi bir şəraitdə obyektiv, məsuliyyətli və peşəkar mediaya böyük ehtiyac var.

Xələf Xələfov qeyd edib ki, terrorizm, separatizm, ekstremizm, kibertəhdidlər və dezinformasiya ilə yanaşı, ərzaq, enerji, su və iqlim təhlükəsizliyi ilə bağlı problemlər də qlobal xarakter daşıyan təhdidlərə çevrilib.

Dünya nizamının və beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsində Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunun qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Bildirilib ki, beynəlxalq hüquq ədalətli dünya nizamının qurulması və inkişafı üçün etibarlı təməl olaraq qalır.

Çıxışda Azərbaycanın Ermənistanın 30 ildən artıq davam edən hərbi təcavüzünün ağır nəticələrindən əziyyət çəkdiyi, daha sonra isə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi qeyd olunub.

Vurğulanıb ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda davamlı sülhün təmin olunması istiqamətində təşəbbüslər irəli sürüb və sülh prosesinin inkişaf etdirilməsi üçün addımlar atıb.

Çıxışda 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və sülh sazişi layihəsinin paraflanmasının Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin irəlilədiyini nümayiş etdirdiyi bildirilib.

Qeyd olunub ki, uzun illər davam edən münaqişədən sonra əldə olunan razılaşmalar regionda davamlı sülh və sabitliyin təmin olunması baxımından yeni imkanlar yaradır

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər