Saməddin Əsədov: İnformasiya və innovasiyalar əsas istiqamətlərdəndir
CICA üzv dövlətləri arasında informasiya və innovasiyaların formalaşdırılması əsas istiqamətlərdən biri olub.
Operativ Media xəbər verir ki, bunu Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "CİCA Media Forum"da Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib.
Onun sözlərinə görə, bu platformalar dövlət qurumlarını, tənzimləyici orqanları, logistika operatorlarını və özəl sektorun nümayəndələrini bir araya gətirərək pilot və praktiki təşəbbüslərin həyata keçirilməsinə imkan yaradıb.
S.Əsədov qeyd edib ki, xüsusilə nəqliyyat və kommunikasiya dəhlizlərini inkişaf etdirdikcə və CICA-nın texniki dəstəyini bölüşdükcə bu əməkdaşlığın əhəmiyyəti artır.
"Konfrans Asiyada regional və əsas inkişaf istiqamətlərinin uyğunlaşdırılması, inteqrasiya olunmuş və bir-biri ilə əlaqəli sistemin formalaşdırılması baxımından mühüm mərhələ oldu"- deyə nazir müavini qeyd edib.
dəqiqələr içində saytın olsun.