Menyu

CICA Media Forumunda qadınların rəqəmsal imkanları müzakirə olunub

Operativ Media
CICA Media Forumunda qadınların rəqəmsal imkanları müzakirə olunub
1 dəq oxu

Rəqəmsallaşma qadınlar və qızlar üçün təhsil, məşğulluq, sahibkarlıq bacarıqlarının inkişafı və ictimai iştirak baxımından yeni imkanlar yaradır.

Operativ Media xəbər verir ki, bunu Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “CICA Media Forum”da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, bu imkanlardan bərabər şəkildə yararlanmaq üçün rəqəmsal çıxış imkanları baxımından mövcud fərqlərin aradan qaldırılması vacibdir.

Sədaqət Qəhrəmanova bildirib ki, qadınların yalnız texnologiyalardan istifadə edən tərəf kimi deyil, həm də rəqəmsal iqtisadiyyatın, innovasiyaların və informasiya mühitinin yaradıcıları kimi çıxış etmələri təşviq olunmalıdır.

“Bu baxımdan qadınların imkanlarının genişləndirilməsi, onların səsinin daha geniş auditoriyaya çatdırılması və müxtəlif sahələrdə fəal iştirakının təşviq edilməsi yalnız milli səviyyədə deyil, regional əməkdaşlıq çərçivəsində də mühüm əhəmiyyət daşıyır”, - deyə sədr müavini qeyd edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər