Fərhad Məmmədov: Azərbaycan çoxtərəfli diplomatiyada geniş təcrübəyə malikdir
Azərbaycan beynəlxalq təşkilatların yaradılması və inkişaf etdirilməsi, beynəlxalq təşəbbüslərin effektivliyinin artırılması və çoxtərəfli diplomatiyanın həyata keçirilməsi sahəsində geniş təcrübəyə malikdir.
Operativ Media xəbər verir ki, bunu Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “CICA Media Forum”da Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın 2024–2025-ci illərdə CICA-ya sədrliyi bunun nümunələrindən biridir.
F.Məmmədov qeyd edib ki, həmin dövrdə Azərbaycan bir sıra əməkdaşlıq təşəbbüsləri irəli sürüb və onların bəziləri artıq forum çərçivəsində diqqətə çatdırılıb.
“Aparılan tədqiqatlar və CICA-ya üzv dövlətlərin nümayəndələri ilə keçirilən müzakirələr əsasında bir sıra nəticələrə gəlmək mümkündür.
CICA institusional səviyyəsini əhəmiyyətli dərəcədə gücləndirmək və aydın şəkildə müəyyən edilmiş fundamental prinsiplərə, eləcə də möhkəm normativ çərçivəyə malik beynəlxalq təşkilata çevrilmək potensialına malikdir.
CICA institusional inkişaf yolunu formalaşdırarkən oxşar təşkilatların təcrübəsindən yararlanmalı, lakin onların yol verdiyi səhvləri təkrarlamamalıdır”, - deyə sədr müavini qeyd edib.
dəqiqələr içində saytın olsun.