Menyu

TDT ölkələri müdafiə sənayesində birgə fəaliyyəti gücləndirir

Nərmin Qocamanlı
TDT ölkələri müdafiə sənayesində birgə fəaliyyəti gücləndirir
1 dəq oxu

“Bugünkü toplantımız Türk Dövlətləri Təşkilatının sənaye və müdafiə sənayesi sahəsində keçirdiyi ikinci toplantıdır. Dünyada hazırda çoxlu müharibələr gedir. Belə bir dövrdə klassik güc mərkəzləri artıq problemləri təkbaşına həll edə bilmirlər. Bizim şüarımız da budur: Birlikdə güclüyük”.

Operativ Media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev ADEX 2026 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclasında deyib.

O bildirib ki, TDT çərçivəsində 65-dən çox təşəbbüs həyata keçirilir və bugünkü toplantı da həmin təşəbbüslərdən biridir.

“Bu gün ADEX 2026 sərgisinin Bakıda keçirilməsi də böyük əhəmiyyət daşıyır. Burada Türk dövlətlərinin nümayəndələri bir araya gələrək yol xəritəsi hazırlayırlar. Bu yol xəritəsində müxtəlif istiqamətlər, o cümlədən sənaye və müdafiə sənayesi sahəsində birgə fəaliyyət, eləcə də təhsil sahəsində əməkdaşlıq nəzərdə tutulur”, – deyə TDT baş katibi qeyd edib.

Onun sözlərinə görə, Türk dövlətlərinin müdafiə sənayesi sahəsində əməkdaşlığının genişləndirilməsi və birgə fəaliyyətin gücləndirilməsi əsas məqsədlərdəndir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər