Kubanıçbek Ömüralıyev: Azərbaycanın Zəfəri Türk dünyası üçün örnəkdir
“Can Azərbaycanın Qarabağ savaşındakı zəfəri təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası və dünya üçün bir örnəkdir. Bu Türk dünyasındakı hər bir dövlət üçün müstəqilliyin və gücün göstəricisidir”.
Operativ Media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev ADEX 2026 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclasında deyib.
O bildirib ki, Azərbaycanın əldə etdiyi zəfər Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır.
“Cənab Prezident İlham Əliyevin şəxsiyyəti və Türk dünyasının bizim ailəmiz olması bu məsələdə mühüm rol oynayır. Azərbaycanın zəfəri təkcə Türk dünyası üçün deyil, bütövlükdə region və dünya üçün bir örnəkdir”, – deyə Kubanıçbek Ömüralıyev qeyd edib.
dəqiqələr içində saytın olsun.