Vaciha Qamar: Gənclər medianın yaradıcılarına çevrilib
Gənclər artıq medianın yalnız istehlakçıları deyil, həm də yaradıcıları, kommunikatorları və getdikcə daha çox rəy formalaşdıran şəxsləridir.
Operativ Media xəbər verir ki, bunu Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “CICA Media Forum”da Pakistanın federal təhsil və peşəkar təlim üzrə dövlət naziri Vaciha Qamar bildirib.
O qeyd edib ki, Pakistan AQEM-ə üzv dövlətlərin media qurumlarını, jurnalistləri, təhsil işçilərini və gənc rəqəmsal yaradıcıları bir araya gətirəcək davamlı media əməkdaşlığı çərçivəsinin yaradılmasını təklif edir.
“Belə bir çərçivə peşəkar mübadilələrin, birgə məhsul istehsalının, gənclərin iştirakının və davamlı institusional dialoqun inkişafına imkan yarada bilər. Bu, forumun ruhunu praktik və uzunmüddətli əməkdaşlığa çevirə bilər”, - deyə Qamar qeyd edib.
dəqiqələr içində saytın olsun.