Kobuljon Əhmədov: Media həmrəyliyi siyasi hadisələrlə məhdudlaşmamalıdır
Asiya dövlətləri arasında qarşılıqlı dialoqun və hörmətin möhkəmləndirilməsi, bununla da əməkdaşlığın inkişaf etdirilməsi baxımından bu forum özünəməxsus platformadır.
Operativ Media xəbər verir ki, bunu Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “CICA Media Forum”da Özbəkistan Prezident Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün İstehsal Mərkəzinin direktoru Kobuljon Əhmədov bildirib.
Onun sözlərinə görə, dünyanın müxtəlif regionlarında qarşılıqlı etimadın gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində proseslər müşahidə olunur.
O qeyd edib ki, belə bir şəraitdə jurnalistika və media sahəsində bu cür dialoqların müntəzəm keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki əməkdaşlıq və qarşılıqlı əlaqələr etimadın möhkəmləndirilməsinin mühüm vasitələrindən biridir.
“Media həmrəyliyi yalnız siyasi hadisələrin işıqlandırılması ilə məhdudlaşmamalıdır. İnsan taleyi və həyatı, mədəniyyət, incəsənət, ənənələr, qonşuluq əlaqələri və coğrafi nailiyyətlər vasitəsilə də xalqlar bir-birini daha yaxından tanıya bilər. Bu istiqamətdə jurnalist fəaliyyətinin humanist xarakter daşıması qarşılıqlı anlaşmanın genişləndirilməsinə və etimad üçün möhkəm zəmin yaradılmasına xidmət edir.
Bununla belə, informasiya məkanında etimadın formalaşdırılması və informasiyaya inamın artırılması üçün jurnalistikanın ənənələrinə və peşəkar standartlarına riayət olunması zəruridir.
Bu səbəbdən Özbəkistanda etibarlı və etimad yaradan informasiya mühitinin formalaşdırılmasına xüsusi diqqət yetirilir. Bir müddət əvvəl Prezident Şavkat Mirziyoyevin fərmanı ilə Özbəkistanda informasiya siyasətinin və kütləvi informasiya vasitələrinin fəaliyyətinin təmin edilməsinə yönəlmiş xüsusi mərkəz yaradılıb.
Bu gün mərkəzimiz media sahəsinin inkişafını yalnız bir kampaniya kimi deyil, həm də insan kapitalına investisiya qoyuluşu kimi qiymətləndirir. Bu istiqamətdə həyata keçirilən işlər artıq konkret praktiki nəticələr verməyə başlayıb”, - deyə Kobuljon Əhmədov bildirib.
dəqiqələr içində saytın olsun.