Menyu

Zeyd Əl-Nəvaysə: Medianın üzərinə xüsusi məsuliyyət düşür

Operativ Media
Zeyd Əl-Nəvaysə: Medianın üzərinə xüsusi məsuliyyət düşür
1 dəq oxu

"Biz geosiyasi gərginliklərin, fikir ayrılıqlarının və etimadsızlığın artdığı bir dünyada yaşayırıq. Belə şəraitdə medianın üzərinə xüsusi məsuliyyət düşür".

Operativ Media xəbər verir ki, bunu Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "CİCA Media Forum"da İordaniya Haşimilər Krallığının hökumət kommunikasiya nazirliyinin baş katibi Dr. Zeyd Əl-Nəvaysə bildirib.

Onun sözlərinə görə, media yalnız cəmiyyətə informasiya çatdırmaqla kifayətlənmir, həm də ictimai şüurun formalaşmasına və beynəlxalq gündəliyə təsir göstərir:

"Fələstin xalqı 70 ildən artıqdır ki, İsrail işğalı şəraitində yaşayır və Qəzza zolağında, eləcə də Şərqi Qüds daxil olmaqla İordan çayının qərb sahilində bu reallığın ağır nəticələri ilə üzləşməkdə davam edir.

Belə şəraitdə jurnalistlər artıq baş verənlərin sadəcə müşahidəçiləri deyillər. Onlar həm də hadisələrin şahidlərinə və sənədləşdiricilərinə çevriliblər. Son dərəcə təhlükəli şəraitdə çalışan fələstinli jurnalistlər dağıntılar, məcburi köçkünlük və humanitar əzablarla bağlı məlumatları dünyaya çatdırırlar. Onların bir çoxu peşə borcunu yerinə yetirərkən həyatını itirib. Bu baxımdan jurnalistlərin qorunması və onların azad və müstəqil fəaliyyət göstərə bilmələrinin təmin edilməsi yalnız peşə təhlükəsizliyi məsələsi deyil. Bu, cəmiyyətin etibarlı məlumat əldə etmək hüququ ilə bağlı məsələ, həmçinin beynəlxalq məsuliyyətin əsas elementlərindən biridir",- deyə Zeyd Əl- Nəvaysə qeyd edib.

O vurğulayıb ki, süni intellekt informasiya təhlili, faktların yoxlanılması, biliklərə çıxış imkanlarının genişləndirilməsi və məlumatların yayılması prosesinin sürətləndirilməsi vasitəsilə jurnalist fəaliyyəti üçün geniş perspektivlər açır:

"Lakin eyni zamanda, süni intellekt yeni risklər də yaradır. Bunların arasında yanlış məlumatların yayılması, saxta şəkil və videoların hazırlanması və ictimai rəyin manipulyasiya edilməsi var.

Buna görə də texnoloji tərəqqi peşəkar məsuliyyət, şəffaflıq, insan nəzarəti və jurnalistikanın peşəkar və etik standartlarına ciddi riayət olunması ilə müşayiət edilməlidir".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər