Menyu

Afinada Azərbaycan-Yunanıstan biznes forumu keçirilib

Operativ Media
Afinada Azərbaycan-Yunanıstan biznes forumu keçirilib
1 dəq oxu

Afinada Azərbaycan-Yunanıstan biznes forumunda 90-dan çox şirkətin iştirakı ilə Azərbaycanın investisiya imkanları təqdim edilib.

Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

O bildirib ki, forum Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyasının VI iclası çərçivəsində keçirilib.

Pərviz Şahbazov qeyd edib ki, tədbirdə enerji, yaşıl enerji bağlantıları, nəqliyyat və logistika, rəqəmsal texnologiyalar, sənaye və digər sahələrdə investisiya və biznes əməkdaşlığının inkişaf istiqamətləri diqqətə çatdırılıb.

Nazir Yunanıstan biznesini Azərbaycanın əlverişli investisiya mühitindən və regional bağlantı imkanlarından yararlanmağa, qarşılıqlı investisiyaları artırmağa və uzunmüddətli tərəfdaşlıqlar qurmağa dəvət edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər