Amida: Həqiqi görüntüləri süni məzmundan ayırmaq çətinləşib
Süni intellekt texnologiyaları və “deepfake” texnologiyalarının inkişafı mürəkkəbləşib.
Operativ Media xəbər verir ki, bunu Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "CİCA Media Forum"da Kamboca İnformasiya nazirliyinin dövlət katibinin müavini Prak Thaveak Amida bildirib.
O qeyd edib ki, artıq bir görüntünün həqiqi, yoxsa süni şəkildə yaradıldığını müəyyən etmək çətinləşib.
"Süni intellekt vasitəsilə yaradılan məzmunla bağlı ən böyük çağırışlardan biri də budur: dərin saxtalaşdırma və görüntülərin, şəkillərin manipulyasiyası üçün istifadə olunan alətlərlə necə mübarizə apara bilərik?
Bu sahədə bunun öhdəsindən gəlmək üçün peşəkar jurnalistləri və ictimai qurumları tərcümə, uyğunlaşdırma və məlumatların təhlili sahəsində dəstəkləməyə çalışmalıyıq. Həmçinin həqiqi məzmunun və keyfiyyətli görüntülərin arxivlərdə əlçatan olmasını təmin etməliyik. Bu, rəqəmsal mühitdə böyüyən gənc nəsillərin bəlkə də fərqində olmadığı məlumatların sonradan bərpa edilməsinə imkan verə bilər",- deyə Amida bildirib.
dəqiqələr içində saytın olsun.