Menyu

Deputat: ADEX-də nümayiş etdirilən silahlar milli hərbi sənayemizin gücünü göstərir

Ayşən Sadıxzadə
Deputat: ADEX-də nümayiş etdirilən silahlar milli hərbi sənayemizin gücünü göstərir
1 dəq oxu

Azərbaycan Prezidenti milli ordumuzun güclənməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Ordunun təchizatının Azərbaycanda yeni yaradılmış hərbi sənaye vasitələri ilə təmin olunması da bu məqsədlərdən biridir.

Bu sözləri Operativ Media-ya deputat Hikmət Məmmədov deyib.

O bildirib ki, bu istiqamətdə çox böyük işlər görülür:

“ADEX-də nümayiş etdirilən Azərbaycanda istehsal olunan ən müasir hərbi texnologiyalar, ləvazimatlar və silahlar məhz müəyyənləşdirdiyimiz bu məqsədin reallaşdırılmasının göstəricisidir.

Diqqət yetirirsinizsə, sərgidə bir çox ölkələrin müdafiə sənayesi və müdafiə nazirliklərinin nümayəndələri Azərbaycan tərəfi ilə müxtəlif səviyyəli görüşlər keçiriblər. Bu görüşlərdə diqqət mərkəzində olan əsas mövzulardan biri Azərbaycan müdafiə sənayesinin məhsulları olub.

Əlbəttə ki, biz müdafiə sənayemizi inkişaf etdirməyi davam etdirəcəyik. Bu, mühüm prioritetdir. Azərbaycan dünyanın silah, sursat və müdafiə məhsulları istehsal edən ölkələrindən birinə çevrilib. Qürurvericidir ki, Azərbaycan artıq beynəlxalq silah bazarında özünə yer tutmağı bacaran ölkələrdən biridir.

On beş il əvvəl bunu sadəcə xəyallarımızda görə bilərdik, bu gün isə artıq bu, reallıqdır. Azərbaycan müharibə aparıb və qalib gəlib. Müharibə aparmağın nə qədər çətin olduğunu bilir və müharibədə özünə güvənməyi də Azərbaycan yaxşı bilir. Ona görə də bu istiqamətdə atılan addımlar təbii ki, daha sürətlə və daha keyfiyyətlə davam etdiriləcək”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər