Menyu

Rusiya Macarıstanın bir qrup diplomatını ölkədən çıxarır

Nicat Hüseynli
Rusiya Macarıstanın bir qrup diplomatını ölkədən çıxarır
1 dəq oxu

Rusiya cavab tədbiri olaraq Macarıstanın bir qrup diplomatik əməkdaşının ölkədən çıxarılmasına qərar verib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyi Macarıstanın müvəqqəti işlər vəkilini çağıraraq qərarla bağlı məlumatlandırıb və Budapeştin 8 sentyabrda 10 rusiyalı diplomatı ölkədən çıxarmasına etiraz edib.

Macarıstanlı diplomatlara Rusiyanı iki həftə ərzində tərk etmək tapşırılıb. Budapeşt daha əvvəl bu addımı ölkənin təhlükəsizliyi və suverenliyinin qorunması ilə əlaqələndirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər