Afinada Azərbaycan-Yunanıstan biznes forumu keçirilib
Yunanıstanın paytaxtı Afinada Azərbaycan və Yunanıstan arasında iqtisadi və biznes əlaqələrinin genişləndirilməsinə həsr olunmuş biznes forumu keçirilib.
Operativ Media xəbər verir ki, forumda hər iki ölkədən 90-dan çox şirkət iştirak edib.
Tədbirdə “Caspian Business Hub”ı Avropa üzrə səfir Vaqif Hüseynov təmsil edib.
O, 20-dən çox şirkətin nümayəndələri ilə görüş keçirib və 10-dan çox şirkətlə əməkdaşlıq barədə razılıq əldə edib. Razılaşmaların yaxın günlərdə memorandumlarla rəsmiləşdirilməsi gözlənilir.
Görüşlərdə enerji, mühəndislik, sənaye, investisiya və beynəlxalq layihələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin DESFA və “Asprofos Engineering” şirkətlərinin nümayəndələri ilə mümkün tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.
dəqiqələr içində saytın olsun.