Menyu

Putin: Qlobal sülh və təhlükəsizliyi elə indi qorumaq lazımdır

Operativ Media
Putin: Qlobal sülh və təhlükəsizliyi elə indi qorumaq lazımdır
1 dəq oxu

Beynəlxalq arenada müşahidə olunan narahatedici tendensiyalar qlobal sülh və təhlükəsizliyin qorunmasını gündəmə gətirir.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII iclasının plenar sessiyasında deyib.

Putin bildirib ki, hazırda əsas məsələ qarşıdakı dövrdə dünya münasibətlərinin necə qurulacağını müzakirə etməkdən əvvəl mövcud təhlükəsizliyi qorumaqdır.

“Beynəlxalq arenada müşahidə etdiyimiz narahatedici tendensiyalar bizi ilk növbədə dünya qarşılıqlı əlaqələrinin qarşıdakı dövrdə necə daha səmərəli və ədalətli qurulacağını deyil, qlobal sülh və təhlükəsizliyi elə indi necə qorumaq barədə düşünməyə vadar edir”, - deyə Putin qeyd edib.

Rusiya Prezidenti vurğulayıb ki, bu vəziyyət əvvəlki hüquq normalarının bir çoxunun kənara atıldığı, yenilərinin isə hələ formalaşmadığı şəraitdə baş verir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər